media-1200x100

Bəşər Əsəd Suriyanı necə tərk etdiyini AÇIQLADI

media-ads_728_90

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd dekabrın 8-i səhərə qədər Dəməşqdə qaldığını və yalnız həmin günün axşam saatlarında ölkəni tərk etdiyini açıqlayıb.

“TV1” xəbər verir ki, bu barədə Bəşər Əsədin dəftərxanasının X səhifəsində yayılan bəyanatda qeyd olunub.

“Bəşər Əsəd bildirib ki, Suriyada baş verən hadisələr zamanı bir dəfə də olsun istefa vermək və ölkədən qaçmaq imkanını düşünməyib. Silahlılar Dəməşqə girəndə hərbi əməliyyatları izləmək və rusiyalı müttəfiqlərlə koordinasiya etmək üçün Latakiyaya gedib. Hmeymim bazasına gələndə hökumət qoşunlarının tamamilə geri çəkildiyini və son mövqelərin itirildiyini başa düşüb. O, dekabrın 8-də axşam saatlarında Moskvanın təşkil etdiyi təxliyə ilə ölkəni tərk edib”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, dekabrın 8-də Suriyanın devrilmiş lideri Bəşər Əsəd ailəsi ilə birgə Moskvaya qaçıb.

media-ads_728_90
Paylaş