media-1200x100

Bəzi ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

media-ads_728_90

İyulun 23-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

“TV1” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyulun 23-ü saat 9:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Balakən, Zaqatala, Qax, Şahbuzda 2 mm-dək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da 34, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 23 dərəcəyədək isti olub.

media-ads_728_90
Paylaş