Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA
Avqustun 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “TV1” -ə verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində fasilələrlə yağıntılı hava şəraiti davam edir, leysan xarakterli yağış yağır, şimşək çaxır. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılar intensiv və güclü olub.
Düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 53 (aylıq normanın 46 faizi), Balakəndə 45 (aylıq normanın 61 faizi), Zaqatalada 44 (aylıq normanın 60 faizi), Xınalıqda 40 (aylıq normanın 119 faizi), Qrızda 20 (aylıq normanın 38 faizi), Qusarda 10 (aylıq normanın 30 faizi), Gədəbəydə 10, Quba, Tovuzda 8, Ağdamda 7, Xaçmaz, Şabran, Kişçayda (Şəki) 4, Daşkəsən, Lənkəran, Ceyrançöl, Culfada 3, Şahdağ, Qəbələdə 2, Göygöl, Gəncə, Naftalan, Oğuz, Tərtər, Mingəçevir, İsmayıllı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Sabirabadda, eyni zamanda, Bakıda və Abşeron yarımadasında 1 millimetr qeydə alınıb.








