BMT-nin rezident əlaqələndiricisi: WUF13-də konkret qərarlar qəbul ediləcək

media-ads_728_90

“WUF13 platformasında şəhərlərimizin daha əlverişli və uyğun olması üçün konkret qərarlar qəbul ediləcək”.

“TV1” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbirdə çıxışında bildirib.

“BMT olaraq biz də bu prosesə böyük dəstək verəcəyik və imkanların hər kəs üçün bərabər olması prinsipini daim dəstəkləyəcəyik”, – deyə o, vurğulayıb.

İ.Qarafuliçin sözlərinə görə, şəhərlər inkişaf edir və artıq təkcə iqtisadi mərkəzlər kimi deyil, həm də sosial həyatın əsas hissəsi kimi formalaşır:

“Bu baxımdan baryerlərlə bağlı məsələlər olduqca vacibdir. Xüsusilə imkanları məhdud şəxslər üçün cəmiyyətdə bərabər imkanların təmin olunması böyük əhəmiyyət daşıyır. BMT-nin konvensiyalarında da qeyd olunduğu kimi, bütün vətəndaşlar sosial, iqtisadi və mədəni həyatda fəal iştirak etməlidirlər. Bakıda bu istiqamətdə çox gözəl imkanlar mövcuddur və bütün bu imkanlar daha inklüziv hala gətirilməlidir. Gənclər, yaşlılar, miqrantlar — hər kəs bir araya gələrək mövcud baryerlərin aradan qaldırılması üçün çalışmalıdır”.

media-ads_728_90
Paylaş