Braziliyada avtobusla yük maşınının toqquşması nəticəsində 22 nəfər ölüb
Braziliyada avtobusla yük maşınının toqquşması nəticəsində azı 22 nəfər ölüb, 5 nəfər yaralanıb.
“TV1” yerli mediaya istinadən xəbər verir ki, bu barədə yolun operatoru olan şirkət məlumat yayıb.
“İlkin məlumatlara görə, yük maşını əks hərəkət zolağına çıxaraq avtobusla toqquşub. Hadisənin təfərrüatları hadisə yerində aparılan araşdırma zamanı müəyyənləşdirilir”, – məlumatda bildirilir.
Qeyd olunur ki, ölənlərin əksəriyyəti İmbituva şəhər meriyasının Səhiyyə Departamentinə məxsus mikroavtobusun sərnişinləri olub.








