Britaniya Parlamentində ilk somalili qadın - Saqal Abdi-Vali "Quran"la and içib

media-ads_728_90

Saqal Abdi-Vali Böyük Britaniya Parlamentində oturan ilk Somali qadını olub. O, Böyük Britaniyada keçirilən əlavə (aralıq) seçkilərdə qalib gələrək Böyük Britaniya İcmalar Palatasına seçilən ilk Somali əsilli qadın və ümumiyyətlə, ilk Somali mənşəli millət vəkili olaraq tarixə düşüb.

“TV1” xəbər verir ki, Leyboristlər Partiyasının namizədi olan Saqal Abdi-Vali ölkənin keçmiş baş naziri Kir Starmerin siyasətdən getməsindən sonra boşalan Holborn və Pancras dairəsindən millət vəkili seçilib.

O, əlində “Qurani-Kərim”-i tutaraq Britaniya Parlamentinin üzvü kimi and içib.

Saqal Abdi-Vali ölkə tarixində Somalidə anadan olan ilk parlament üzvü olub. O, uşaq ikən Böyük Britaniyaya qaçqın kimi gəlib.

Qeyd edək ki, Saqal Abdi-Vali oktyabrın 8-da Londonun mərkəzindəki Holborn və Pancras seçki dairələrində keçirilən əlavə seçkilərdə qalib gəlib. O, qələbəsini cəmiyyəti bölməyə çalışanların məğlubiyyəti adlandırıb.

Uşaq yaşlarında (1990-cı illərdə) Somalidəki vətəndaş müharibəsindən qaçaraq Böyük Britaniyaya qaçqın kimi sığınan Abdi-Vali siyasətə atılmazdan əvvəl uzun illər yerli xeyriyyə cəmiyyətlərində işləyib və Londonun Kamden (Camden) Bələdiyyə Şurasının rəhbəri vəzifəsini icra edib. O, 12 oktyabr 2026-cı ildə rəsmi olaraq and içərək parlamentdəki fəaliyyətinə başlayıb.

media-london

media-ads_728_90
Paylaş