BTC ilə nəql edilən neftin HƏCMİ

media-ads_728_90

Cari ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri vasitəsilə 6 880,8 min ton neft ötürülüb.

“TV1” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 387 min ton və ya 5,3% azdır.

Belə ki, ötən ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri vasitəsilə 7 267,2 min ton neft ötürülüb.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,2 faizini və ya 5 727,4 min tonunu Azərbaycanda hasil edilən neft, 16,8 faizini və ya 1 153,4 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

media-ads_728_90
Paylaş