media-1200x100

Bu avtobus marşrutlarının iş saatları uzadılır

media-ads_728_90

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 11, 43, 51 və 57 nömrəli müntəzəm avtobus marşrutlarının iş saatları uzadılır.

“TV1” xəbər verir ki, bu barədə AYNA-nın məlumatında bildirilir.

Qeyd olunur ki, “Həzi Aslanov” metrostansiyasında aparılacaq təmir işləri ilə əlaqədar noyabrın 30-dan bu avtobuslar saat 06:00-dan 00:00-dək sərnişinlərə xidmət göstərəcək.

Daşıyıcılara avtobusların sayının artırılması və intervalın azaldılması ilə bağlı tapşırıqlar verilib.

media-ads_728_90
Paylaş