Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bu gün bağlanış mərasimi baş tutacaq.
“TV1” xəbər verir ki, mərasimi saat 15:00-da olacaq.
Bununla əlaqədar olaraq, tədbir iştirakçılarının Nəqliyyat Mübadilə Mərkəzlərindən WUF13 tədbir məkanına daşınması saat 13:00-dək təmin ediləcək.
Qeyd edək ki, WUF13 17-22 may tarixlərində Bakı şəhərində keçirilir. Tədbirdə 182 ölkədən 45 minə yaxın iştirakçı qeydiyyatdan keçib.








