media-1200x100

Bu yolda hərəkət məhdudlaşdırılacaq

media-ads_728_90

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi quraşdırılacaq.

“TV1” xəbər verir ki, bu barədə AAYDA-nın məlumatında bildirilir.

Belə ki, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar 04 oktyabr 2024-cü il tarixdən başlayaraq təqribən 1,5 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.

media-ads_728_90
Paylaş