Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

media-ads_728_90

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu DSMF-dən məlumat verilib.

Bildirilib ki, bununla da respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.

media-ads_728_90
Paylaş