Buzovnada 4 mərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

media-ads_728_90

Buzovnada 4 mərtəbəli yaşayış binasında yanğın olub.

“TV1” xəbər verir ki,  Fövqəladə Hallar Nazirliyi  məlumat yayıb.

Bildirilib ki, “112” qaynar telefon xəttinə Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 9kv.m. sahədə yanıb. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub”, – məlumatda qeyd edilib.

media-ads_728_90
Paylaş