Çempionlar Liqası: "Sabah" "Borussiya Dortmund"a minimal hesabla uduzub

media-ads_728_90

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda keçirilən “Sabah” və “Borussiya Dortmund” (Almaniya) komandaları arasında III turun oyunu başa çatıb.

“TV1”  xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma 1:2 hesabı ilə yekunlaşıb.

Qolları Almaniya təmsilçisinin heyətində 10-cu və 53-cü dəqiqələrdə Seru Girassi, 39-cu dəqiqədə isə “Sabah”ın heyətində Eyden Makkarti vurub.

Bununla da “bayquşlar” Liqa mərhələsində ikinci məğlubiyyəti ilə üzləşiblər.

Komanda ilk matçda İngiltərənin “Mançester Yunayted” klubuna 0:4 hesabı ilə məğlub olub. İkinci qarşılaşmada isə Çexiyanın “Slaviya Praqa” komandasını 2:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, “Sabah” növbəti turda Norveçin “Viking” komandası ilə qarşılaşacaq.

media-ads_728_90
Paylaş