Çempionlar Liqası: “Sabah” – “Hapoel” matçına 20 minə yaxın bilet satılıb

media-ads_728_90

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Sabah” və “Hapoel” (Beer-Şeva, İsrail) komandaları arasında keçiriləcək cavab oyununa satılan biletlərin sayı açıqlanıb.

“TV1” xəbər verir ki, qarşılaşma üçün artıq 20 minə yaxın bilet satılıb.

Qeyd edək ki, avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Sabah” – “Hapoel” görüşü saat 20:45-də başlayacaq. İlk oyunda İsrail təmsilçisi 2:1 hesablı qələbə qazanıb. /azərtac/

media-ads_728_90
Paylaş