Çempionlar Liqası: "Sabah" ilk oyunda "Hapoel"ə uduzub
“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk oyununa çıxıb.
“TV1” xəbər verir ki, Bakı klubu İsrail təmsilçisi “Hapoel”lə (Beer-Şeva) qarşılaşıb.
Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda təşkil olunan görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, cavab oyunu avqustun 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.








