Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 68-ci sessiyası keçiriləcək
2026-cı il 7–15 iyul tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 68-ci sessiyası keçiriləcək.
“TV1” xəbər verir ki, sessiyada Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti onlayn və fiziki formatlarda iştirak edəcək.
Assambleyanın ümumi müzakirələri çərçivəsində Kamran İmanovun onlayn formatda çıxışı nəzərdə tutulur








