İranda daşqınlar: Ölən və itkin düşənlər var

media-ads_728_90

İranın Qərbi Azərbaycan əyalətinin Səlmas bölgəsində baş verən daşqınlar nəticəsində üç nəfər ölüb, altı nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, “Azad İran” “Telegram” kanalının informasiyasına görə, bu barədə Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi məlumat verib.

Qeyd olunur ki, təbii fəlakət zamanı daha iki nəfər itkin düşüb.

Hər üç şəxsin meyiti tapılaraq aidiyyəti qurumlara təhvil verilib.

Daşqınlardan ən çox zərər Kaniyan kəndi görüb. Burada 11 nəqliyyat vasitəsi sel sularının əhatəsində qalıb

media-ads_728_90
Paylaş