Daşqın Çin-Nepal sərhəd-keçid məntəqəsini yuyub aparıb: 17 ölü, 400-ə yaxın yaralı - YENİLƏNİB

media-ads_728_90

Nepalda baş verən daşqınlar Çinlə sərhəddə yerləşən bölgələrə təsir edib.

“TV1” xəbər verir ki, BBC-nin xəbərinə görə, indiyə kimi daşqınlarda 17 nəfər ölüb, 400-ə yaxın xəsarət alanın olduğu bildirilir.

Qeyd olunur ki, Rasuva bölgəsində başlayan daşqına zəlzələ səbəb olub.

Nepal-Çin sərhədiin hər iki tərəfində axtarış-xilasetmə tədbirləri davam edir, indiyə qədər 12 nəfər xilas edilib.

Eyni zamanda, Nepalda daşqın nəticəsində 291 turist və 93 yerli sakin itkin düşüb.

Daşqın Çin-Nepal sərhəd-keçid məntəqəsini yuyub aparıb.

Çinin dövlət mediası və Nepal rəsmiləri insan tələfatının çox olduğunu bildirir.

xxx

Çinin Tibet Muxtar Rayonunun Siqaze şəhəri ərazisində palçıq axını baş verib.

“TV1” xəbər verir ki, palçıq axını Çin ilə Nepal arasında əsas sərhəd-keçid məntəqəsinə gedən yolu bağlayıb.

Kommunikasiya və elektrik xətləri qırılıb. Təbii fəlakət nəticəsində itkin düşənlər var.

Çin Xalq Respublikasının Sədri Si Cinpin itkin düşənlərin axtarışlarının sürətləndirilməsi və təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılması ilə bağlı göstəriş verib.

media-ads_728_90
Paylaş