Çində partlayış olub - 8 nəfər yaralanıb, 3 nəfər itkin düşüb
Çinin Huludao şəhərindəki yaşayış binalarından birində baş verən partlayış nəticəsində üç nəfər itkin düşüb, daha səkkiz nəfər yüngül xəsarət alıb.
“TV1” xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə xidmətləri məlumat yayıb.
Partlayışın qaz sızması nəticəsində baş verdiyi ehtimal olunur. Hadisə yerinə 14 yanğınsöndürən maşın və 95 yanğınsöndürən göndərilib.
Zərərçəkənlər xəstəxanaya aparılıblar. Axtarış-xilasetmə işləri davam edir, partlayışın səbəblərinin araşdırılmasına başlanılıb.








