Çinin daşıyıcı raketi səmada partlayıb – VİDEO

media-ads_728_90

Çinin “Çançjen-7A” daşıyıcı raketi Haynan adasındakı Vençan kosmodromundan buraxıldıqdan qısa müddət sonra havada partlayıb.

“TV1” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

“The Guardian”ın yazdığına görə, qəza buraxılışdan təxminən 90 saniyə sonra baş verib. Raket “Çjunşin-4B” peykini orbitə çıxarmalı idi. Partlayışın səbəbləri araşdırılır.

Bu qəza “Çançjen-7A”nın 2020-ci ilin martında həyata keçirilən ilk uçuşundan bəri altı ildən artıq müddətdə baş verən ilk qəza olub.

media-ads_728_90
Paylaş