Çinin Tibet bölgəsindəki daşqında ölənlərin sayı 31-ə çatıb

media-ads_728_90

Çinin Tibet Muxtar Rayonunun Qyironq bölgəsində qonşu Nepalda baş verən daşqınla əlaqədar ölənlərin sayı 31-ə çatıb.

“TV1” xəbər verir ki, təbii fəlakət nəticəsində 531 nəfər itkin düşüb. Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri davam edir. Əməliyyatlara 2300 xilasedici, o cümlədən hərbçilər cəlb olunub.

Təbii fəlakət bölgəsində elektrik təchizatı artıq bərpa edilib. Bu, əraziyə gedən yolların açılmasından sonra mümkün olub.

Qeyd edək ki, avqustun 26-da Nepalın Çin ilə həmsərhəd bölgəsində baş verən daşqın nəticədə iki ölkə arasındakı sərhəd-keçid məntəqəsi, habelə bir neçə yaşayış məskəni palçıq və qaya axını altında qalıb. Son məlumata görə, Nepal tərəfdə 1287 nəfər ölüb, 5083 nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində Nepalda 7570 fərdi ev, 48 dövlət binası dağılıb, 18 məktəbə ciddi zərər dəyib. Bundan başqa, 55 kilometr uzunluğunda yol tamamilə dağılıb, 37 körpü yararsız hala düşüb.

media-ads_728_90
Paylaş