Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi “Road & Traffic 2026” beynəlxalq sərgisində təmsil olunur
14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən “Road & Traffic 2026” – 14-cü Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi də iştirak edir.
“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, sərgidə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyətində istifadə olunan müasir texniki avadanlıqlar, yol hərəkətinə nəzarət sistemləri və innovativ texnologiyalar ziyarətçilərə nümayiş etdirilir, onların funksional imkanları və tətbiq sahələri barədə ətraflı məlumat verilir.
Sərgidə iştirakın əsas məqsədi yol hərəkəti təhlükəsizliyi sahəsində tətbiq edilən qabaqcıl texnologiyaların və müasir nəzarət sistemlərinin imkanlarını nümayiş etdirmək, bu istiqamətdə görülən işlər barədə ictimaiyyəti məlumatlandırmaq, eləcə də yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında innovativ həllərin əhəmiyyətini diqqətə çatdırmaqdır.








