media-1200x100

Dini Liderlərin Qlobal Sammit iştirakçılarının Qarabağa səfəri başlayıb 

media-ads_728_90

Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarının Qarabağa səfəri başlayıb.

“TV1” xəbər verir ki, qonaqları Füzuli Hava Limanında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov qarşılayıb.

Qeyd edək ki, səfər çərçivəsində müxtəlif ölkələrin din və hökumət nümayəndələri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə erməni vandalizminə məruz qalmış dağıntılarla, eyni zamanda, bərpa-quruculuq işləri ilə tanış olacaqlar, dini ibadət evlərini ziyarət edəcəklər.

media-ads_728_90
Paylaş