WUF13-lə bağlı Azərbaycana gələn əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
Dövlət Miqrasiya Xidməti (DMX) WUF13 ilə əlaqədar Azərbaycana səfər edən əcnəbilərə müraciət edib.
“TV1” xəbər verir ki, bu barədə DMX-nin məlumatında bildirilir.
Qeyd olunur ki, WUF13 vizası ilə və ya vizasız qaydada BMT-nin Məskunlaşma Proqramının qeydiyyatından keçərək ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 30 gün müddətinə Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatdan keçmək tələbindən azaddırlar.








