Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşı saxlanılıb

media-ads_728_90

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

“TV1” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti  (DSX)  məlumat yayıb.

Bildirilib ki,  oktyabr ayının 19-da xidmətin Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycandan Rusiya istiqamətinə dövlət sərhədini pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanılıb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

media-ads_728_90
Paylaş