Dünya çempionatı: İngiltərə 1/4 final mərhələsinə vəsiqə qazanıb
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.
“TV1” xəbər verir ki, İngiltərə millisi Meksika ilə qarşılaşıb.
Mexiko stadionunda reallaşan görüş İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
İngiltərə yığmasında Cud Bellinqem (2) və Harri Keyn fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones və Raul Ximenes dəqiq zərbə müəllifi olublar.
Qeyd edək ki, İngiltərə növbəti raundda Norveç seçməsi ilə qarşılaşacaq.








