media-1200x100

Durova Fransada yalnız məhkəmənin müəyyən etdiyi ünvanda yaşamağa icazə verilib

media-ads_728_90

“Telegram”ın təsisçisi Pavel Durov Fransada hakimin müəyyən etdiyi ünvanda yaşaya bilər.

“TV1” xəbər verir ki, bu barədə “Liberation” Paris prokurorluğuna istinadən yazıb.

Məlumatda qeyd olunur ki, iş adamının elektron qolbaq taxmasına ehtiyac olmayacaq, çünki o, ev dustaqlığında deyil və buna görə də məhkəmənin müəyyən etdiyi məhdudiyyətlərə əməl etmək, məsələn, mütəmadi olaraq müəyyən polis bölməsinə baş çəkmək şərti ilə Fransa ərazisində hərəkət edə bilər.

O, köçərkən yeni ünvanı hakimlə razılaşdırmalı və həftədə iki dəfə polis bölməsinə gəlməlidir.

Prokurorluq, həmçinin P.Durovun bütün pasportlarının müsadirə olunduğunu bildirib.

media-ads_728_90
Paylaş