DYP Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı müraciət edib
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü ilə əlaqədar Bakı şəhərinin mərkəzi küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə təşkil olunacaq yürüşlərlə bağlı məlumat yayıb.
“TV1” xəbər verir ki, BŞDYPİ-dən verilən məlumatda bildirilib ki, hərbi qulluqçular iyunun 26-da saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:
I yürüş marşrutu: Heydər Əliyev Sarayı – Bülbül prospekti – Nizami Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – Dəniz Vağzalı;
II yürüş marşrutu: Şəhidlər Xiyabanı – “Alov Qüllələri” Kompleksi – Çəmbərəkənd parkı – “İçərişəhər” metrostansiyası – Qala qapısı – Azərbaycan Dövlət Kukla teatrı – Azneft dairəsi – Bəhram Gur heykəli;
III yürüş marşrutu: Q.Musabəyov parkı – Əbdürrəhim bəy Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Hüseyn Cavid parkı – Parlament prospekti – Şəhidlər Xiyabanı;
IV yürüş marşrutu: “Olimpik Star” İdman və Əyləncə Mərkəzi – Səməd Vurğun küçəsi – Zabitlər parkı – Bakı Dövlət Sirki – Heydər Əliyev Sarayı – İmadəddin Nəsimi heykəli – Neftçilər prospekti;
V yürüş marşrutu: Nəriman Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Azərbaycan Respublikasının Mərkəzi Bankı – 28 Mall Ticarət Mərkəzi;
“Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən tarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunan istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə DYP-dən bildirilib.








