Əli Kərimlinin işi məhkəməyə göndərildi

media-ads_728_90

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsi başlayır.

“TV1” xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hələlik ilk iclasın vaxtı təyin edilməyib.

Ə.Kərimli və M.İbrahimə Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə kimi və ya işin hallarından asılı olaraq ömürlük həbs cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Ə. Kərimli və M.İbrahim ötən il Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işinin davamı olaraq həbs edilib. AXCP sədri hazırda məhkəməsi gedən R.Mehdiyevin işində şahid qismində tanınıb.

media-ads_728_90
Paylaş