Əli Xamenei ilə vida mərasimində 30-dan çox ölkənin nümayəndə heyəti iştirak edəcək
30-dan çox ölkə matəm tədbirlərində rəsmi nümayəndə heyəti ilə iştirak etməyə və İranın sabiq ali rəhbəri Əli Xameneinin xatirəsini yad etməyə hazır olduğunu bildirib.
“TV1” xəbər verir ki, bunu Əli Xameneinin vida və dəfn mərasiminin təşkili üzrə Milli Qərargahın katibi Əli Əkbər Purcəmşidian deyib.
“30-dan çox ölkə ehtiramını bildirmək üçün mərasimdə iştirak etməyə hazır olduğunu bildirib və müraciət edib. 90-dan çox ölkənin dini liderləri mərasimdə iştirak etməyə hazır olduqlarını bildiriblər”, – o qeyd edib.
Xatırladaq ki, İranın sabiq ali rəhbəri Əli Xameneinin vida mərasimi iyulun 4-də başlayacaq, dəfn isə iyulun 9-da olacaq.








