Əlişah qalasında XII-XIV əsrə aid tapıntılar aşkar olunub
Astara rayonunun Alaşa kəndi ərazisində yerləşən Əlişah qalasında aparılan tədqiqatlar zamanı yeni maddi-mədəniyyət nümunələri aşkar olunub.
“TV1” azərtac-a istinadən xəbər verir ki, arxeoloji tədqiqatlatlara iyul ayının 15-dən başlanılıb.
Tədqiqatlar zamanı qalada otaqlar, miniatur saxsı materiallardan hazırlanan kaşalar və 8 metr uzunluqda saxsı borudan hazırlanan kanalizasiya xətti aşkarlanıb. Bu barədə ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayev məlumat verib.
Onun sözlərinə görə, aşkar olunan maddi-mədəniyyət nümunələri əsasən XII-XIV əsrləri əhatə edir:
“Həmin kaşıların qalada aşkar olunması çox möhtəşəm memarlıq üslubunda olan bir binanın olmasının göstəricisidir. Burada 8 metr uzunluqda saxsı borudan hazırlanmış kanalizasiya xətti aşkar olunub, bu da o deməkdir ki, biz qazıntının fundamentinə gəlib çatmışıq. Bu qalanın özəlliyi ondan ibarətdir ki, bura bir fenomendir və el arasında buraya Divəkə qalası, “divlər evi” adlandırıblar”.