Əməkdar jurnalist Akif Təvəkküloğluna AĞIR İTKİ

media-ads_728_90

Əqli Mülkiyyət Agentliyi idarə heyətinin sədrinin müşavirinə ağır itki üz verib.

“TV1” xəbər verir ki, qurumun sədrinin müşaviri, Əməkdar jurnalist Akif Təvəkküloğlunun anası Suğra Nəsirova bu gün səhər saatlarında vəfat edib.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum bu gün İmişli rayonunda dəfn ediləcək.

Qeyd edək ki, Akif Təvəkküloğlu Azərbaycanın tanınmış jurnalistidir. O, uzun illər AzTV-də ictimai-siyasi verilişlərin aparıcısı olub, daha sonra 15 ildən çox Milli Məclisin Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

media-ads_728_90
Paylaş