Əməkdar jurnalist Nurani vəfat edib

media-ads_728_90

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) vəfat edib.

“TV1” xəbər verir ki, Nurani ilə vida mərasimi bu gün saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.

Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.

Xatırladaq ki, 1970-ci il təvəllüdlü Tofiqəxanım Qasımova orta məktəbi qızıl medalla, Azərbaycan Tibb Universitetini isə fərqlənmə diplomu ilə bitirib.

O, 1992-ci ildən başlayaraq müxtəlif illərdə “Yurddaş”, “Ayna”-“Zerkalo” nəşrlərində çalışıb, uzun müddət “Exo” qəzetinin beynəlxalq həyat şöbəsinin müdiri və siyasi icmalçısı olub. Son illərdə isə Minval.az, “Minval Politika” xəbər portalının redaktoru və əsas siyasi şərhçilərindən biri kimi fəaliyyət göstərirdi. 2020-ci ildə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

media-ads_728_90
Paylaş