Ermənistan Azərbaycanla elektrik enerjisi idxalı imkanlarını müzakirə edir - Paşinyan
Ermənistan bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla elektrik enerjisi idxalı imkanlarını müzakirə edir.
“TV1” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə bildirib.
“Elektrik enerjisinin ötürülməsinin müxtəlif rejimləri mövcuddur. Bəzən ölkələrdə artıq enerji, bəzən isə tələbat yaranır. Ermənistanın süni intellekt sahəsinə yatırdığı investisiyaları nəzərə alaraq, biz başa düşməliyik: zərurət yaranacağı təqdirdə, haradansa, o cümlədən Azərbaycandan elektrik enerjisi idxal etmək imkanımız olacaqmı?” – deyə N.Paşinyan bildirib.
O, həmçinin Ermənistanın bu məsələləri Gürcüstan, Türkiyə və İranla müzakirə etdiyini vurğulayıb.








