Evdən 10 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

media-ads_728_90

Paytaxtın Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən dəyəri 10 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

“TV1” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında bildirilir.

Bildirlib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı N.Babayeva müəyyən edilərək saxlanılıb. Onun qızıl-zinət əşyalarını satdığı məlum olub.

media-ads_728_90
Paylaş