FHN: Ötən həftə ərzində 149 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

media-ads_728_90

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 149 yanğına çıxış, 27 halda köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

“TV1” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, nazirliyin qüvvələri tərəfindən ötən həftə ərzində 8-i azyaşlı olmaqla 31 nəfər xilas edilib, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 4 nəfərin meyiti təhvil verilib.

media-ads_728_90
Paylaş