Filippində leysan və daşqınlar nəticəsində 12 nəfər ölüb

media-ads_728_90

Filippində “Xabaqat” qasırğasının səbəb olduğu şiddətli yağışlar və daşqınlar nəticəsində 12 nəfər həlak olub, 11 nəfər yaralanıb.

“TV1” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsinin məlumatında bildirilib.

Qeyd olunur ki, 8 nəfər itkin düşüb.

Davam edən leysan yağışları ilə əlaqədar daşqın təhlükəsi səbəbindən təkcə Keson-Siti şəhərində 5 200-ə yaxın sakin təxliyə mərkəzlərinə yerləşdirilib.

media-ads_728_90
Paylaş