"Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
2026-cı ildə “Formula 1” Azərbaycan Qran-prisi dövründə yarışların keçiriləcəyi ərazilərdə yerləşən ümumtəhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.
“TV1” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, bu barədə məktəb rəhbərliyinə və valideynlərə məlumat veriləcək.








