Gürcüstan QDİƏT PA-da sədrliyi Yunanıstana təhvil verib

media-ads_728_90

Gürcüstanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 67-ci Baş Assambleyası keçirilib.

“TV1” xəbər verir ki, Gürcüstanın Kaspi bələdiyyəsinin Mepiskalaki kəndində keçirilən tədbirdə “Regional əməkdaşlıq üçün süni intellekt: Qara Dəniz bölgəsində innovasiya, əlaqə və davamlı inkişaf” mövzusunda müzakirələr aparılıb.

Sessiyada təşkilati məsələyə də baxılıb.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 67-ci plenar iclasında Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili Gürcüstanın altı aydır sahib olduğu QDİƏT Parlament Assambleyasının sədrliyini Yunanıstan Parlamentinə təhvil verib.

Assambleyanın sessiyasında Azərbaycan Respublikası Milli Məclisinin QDİƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, parlamentin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri – Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, deputatlar Kamran Bayramov və Səbinə Salmanova iştirak ediblər.

Milli Məclisin QDİƏT PA-da nümayəndə heyətinin üzvləri müzakirəyə çıxarılan məsələlərə münasibət bildiriblər.

media-ads_728_90
Paylaş