Gürcüstanda ZƏLZƏLƏ olub - Azərbaycanda da hiss edilib
Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
“TV1” xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilir.
“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub”, – deyə məlumatda qeyd edilib.