Hindistanda davamlı leysanlar səbəbindən 22 mindən çox insan zərər çəkib
Hindistanda günlərlə davam edən leysan yağışları nəticəsində 22 mindən çox insan zərər çəkib.
“TV1” xəbər verir ki, bu barədə Assam ştatının Təbii Fəlakətlərlə Mübarizə İdarəsi (ASDMA) məlumat yayıb.
Dhemaci, Nalbari, Dibruqarx, Çiranq, Lakximpur və Kokracxar dairələrində daşqınlardan 22 124 nəfər zərər çəkib. Dhemaci suyun səviyyəsinin qalxmasından ən çox zərər görən rayondur – 15 483 nəfər zərər çəkib. Sel suları 96 kəndi basıb və 1 690 hektar kənd təsərrüfatı ərazisinə ziyan vurub.
Torpaq sürüşməsi nəticəsində evlərə və yollara ziyan dəyib, həmçinin 1965-ci ildə inşa edilmiş dəmir yolu körpüsünün əhəmiyyətli hissəsi dağılıb.








