Hollandiya limanında partlayış – Ölən və yaralananlar var
Hollandiyanın Rotterdam şəhər limanının ərazisində baş vermiş partlayış nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.
“TV1” xəbər verir ki, partlayış yanacaq çəninin yaxınlığında baş verib.
Həmin vaxt podratçı texniki xidmət briqadası ərazidə bir neçə boru kəməri üzərində iş aparıb.
Hadisə yerinə çox sayda təcili yardım və xilasetmə xidmətinin əməkdaşı göndərilib. Faktla bağlı istintaqa başlanılıb.








