Hörmüz boğazında minaya düşərək partlayan konteyner gəmisi batıb

media-ads_728_90

Göyərtəsində 2,5 min konteyner olan gəmi Hörmüz boğazında dəniz minasına düşərək partladıqdan sonra batıb.

“TV1” xəbər verir ki, bu barədə “Al Jazeera” İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

SEPAH-ın məlumatına görə, gəmi qanunsuz yük daşıyıb və Hörmüz boğazından “icazəsiz və təhlükəli marşrutla” keçməyə çalışıb.

Dəniz minası ilə toqquşma nəticəsində konteyner gəmisinin göyərtəsində partlayış baş verib, bundan sonra yanğın başlayıb.

Məlumata əsasən, gəmi oktyabrın 14-ü səhər saatlarında batıb.

media-ads_728_90
Paylaş