Hörmüz boğazından keçid ödənişsiz olmalıdır - Ərdoğan

media-ads_728_90

Hörmüz boğazından gəmilərin keçidi sərbəst və ödənişsiz olmalıdır.

“TV1” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Al- Jazeera” telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, boğazın bağlanması dünya ticarəti üçün ciddi problemlər yaradır, çünki beynəlxalq neft daşımalarının əhəmiyyətli hissəsi bu marşrutdan keçir.

Ərdoğan hesab edir ki, Hörmüz boğazından sərbəst gəmiçiliyin təmin edilməsi dünya ticarətinin bərpasına və neft bazarında vəziyyətin normallaşmasına kömək edə bilər. O, gəmilərin hərəkətinin mümkün qədər tez bərpa olunmasına və beynəlxalq gəmiçiliyə maneələrin aradan qaldırılmasına çağırıb.

“Biz bunu dəstəkləyirik və İran da bunu dəstəkləyir. Dünya ticarətindəki bu pozuntulara son qoyulacağını gözləyirik”, – deyə Türkiyə Prezidenti bildirib.

media-ads_728_90
Paylaş