Hövsanda məktəb mühafizəçisinə hücum edənlər həbs olunub

media-ads_728_90

Bakının Hövsan qəsəbəsində məktəbin mühafizəçisinə hücum edərək ona ağır xəsarətlər yetirən şəxslərdən ikisi polis tərəfindən müəyyən olunaraq həbs edilib.

“TV1” Trend-ə istinadən xəbər verir ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində baş verib. Bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasında mübahisə yaranıb. Nəticədə 10-a yaxın şəxs mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirib.

Başından xəsarət alan mühafizəçi şəhər xəstəxanalarından birinə çatdırılıb və əməliyyat olunub.

media-ads_728_90
Paylaş