Husilər Moxa limanına hücum edib - Həlak olanlar var

media-ads_728_90

Husilərin Yəmənin Moxa limanına səhər saatlarında etdiyi hava hücumu nəticəsində yeddi nəfər həlak olub.

“TV1” xəbər verir ki, bu barədə Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi açıqlama verib.

Daha əvvəl husilər hədəfin Səudiyyə Ərəbistanı qüvvələri və silah anbarları olduğunu bildirərək, hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər.

media-ads_728_90
Paylaş