İctimai qayda, təhlükəsizlik, hərəkətin fasiləsizliyi təmin edilib - Polislər yollarda...

media-ads_728_90

Bu gün Bakıda normadan artıq yağışlı hava şəraiti müşahidə olunub. Gün ərzində ictimai asayişin fasiləsiz qorunması təmin edilib.

“TV1” xəbər verir ki, yağıntı səbəbindən yaranan nəqliyyat sıxlığının aradan qaldırılması, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçılarının təhlükəsiz və rahat hərəkəti üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparıblar.

Yerüstü və yeraltı piyada keçidlərinə, giriş-çıxış istiqamətlərinə, eləcə də, nəqliyyat vasitələrinin parklanmasına nəzarət gücləndirilib. Tədbir iştirakçılarına istiqamətvermə, Bakı Olimpiya Stadionunun (BOS) ərazisinə buraxılış və hərəkətin tənzimlənməsi istiqamətində zəruri dəstək göstərilib.

İntensiv yağışın fəsadlarının qarşısının alınması məqsədilə koordinasiyalı fəaliyyət həyata keçirilib, suyun kənarlaşdırılması, təxliyə və xilasetmə tədbirlərinə dəstək üçün bütün mümkün vasitələrdən istifadə olunub.

Görülən qabaqlayıcı və operativ tədbirlər nəticəsində tədbir müddətində ictimai qayda, təhlükəsizlik və hərəkətin fasiləsizliyi təmin edilib.

media-ads_728_90
Paylaş