III Milli Rəqabət Forumu keçirilir
Bakıda III Milli Rəqabət Forumu keçirilir.
“TV1” xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, dövlət qurumları, müstəqil ekspertlər və özəl sektorun təmsilçiləri iştirak edirlər.
Ölkədə rəqabət siyasətinin aktual məsələlərinin müzakirəsi məqsədilə keçirilən III Milli Rəqabət Forumu rəqabət mühitinin inkişafına dair prioritet istiqamətlərin müzakirəsi və bu sahədə qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılması, Milli Fəaliyyət Planının müəyyən etdiyi strateji hədəflərin təşviqi baxımından mühüm platforma rolunu oynayacaq.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027‒2029-cu illər üzrə Milli Fəaliyyət Planı”nın prioritet istiqamətlərini rəqabətin inkişafı üzrə tənzimləmə və qiymətləndirmə alətlərinin təkmilləşdirilməsi, rəqabət sahəsində elmi-analitik potensialın və rəqabət mədəniyyətinin inkişaf etdirilməsi, habelə əməkdaşlığın və institusional imkanların gücləndirilməsi təşkil edir.








