İlham Zəkiyev Avropa çempionu olub
Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1, +95 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatının qalibi olub.
“TV1” xəbər verir ki, o, 1/4 finalda moldovalı Oleq Kretulu məğlub edib.
İ.Zəkiyev yarımfinalda türkiyəli Gökhan Biceri və nəhayət həlledici mərhələdə moldovalı İon Basocu ipponla üstələyərək qızıl medal qazanıb.
Qadınların mübarizəsində isə Dürsədəf Kərimova (J2, +70 kq) gümüş medalla kifayətlənib.
Qeyd edək ki, İ.Zəkiyev 9-cu dəfə Avropa çempionu adını qazanıb.