Əli Əsədov və İrakli Kobaxidzenin təkbətək görüşü olub

media-ads_728_90

Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasında oktyabrın 30-da Gürcüstanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində təkbətək görüş olub.

“TV1” xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, hökumət başçıları Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın müxtəlif aspektlərini, ikitərəfli gündəlikdə duran aktual məsələləri və ikitərəfli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müzakirə ediblər.

Qeyd edək ki, görüşdən sonra iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclasının keçirilməsi nəzərdə tutulur.

media-ads_728_90
Paylaş